Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin müəyyən sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.
Missiya.Az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
“Mən heç bir sənəd imzalamamışam, planlaşdırılmayıb, hətta mənim masamın üstündə belə bir layihə yoxdur”, - Paşinyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan ölkə parlamentində hökumət saatı zamanı demişdi ki, İrəvan müəyyən sənəd imzalamaq niyyətindədir. O hətta buna görə satqın adlandırıla biləcəyini də vurğulamışdı. Paşinyanın çıxışından sonra Ermənistanda kütləvi etiraz aksiyaları başlayıb.