AZ   |   RU
Qazaxıstan xam neftinin bir hissəsini Azərbaycanın neft kəməri ilə satmağa başlayacaq

Sentyabrdan etibarən Qazaxıstan öz xam neftinin bir hissəsini Azərbaycanın ən böyük neft kəməri vasitəsilə satmağa başlayacaq.

Missiya.Az
“Reuters”ə istinadən xəbər verir ki, “Kazmunaigas” (KMG) Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına neft çatdıran Azərbaycan boru kəməri vasitəsilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin satışına icazə verilməsinə dair ölkəmizin şirkəti olan SOCAR-ın ticarət bölməsi ilə danışıqlar aparır.

Qeyd edək ki,  2023-cü ildə  daha 3,5 milyon ton Qazaxıstan nefti Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına axmağa başlaya bilər.

Zərintac MAYİSQIZI
 Missiya.Az


  • 31-08-2022, 17:53