Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər başlayıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat məumat verir.
“Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır”, - Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edəcək.
Təlimlərin açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub.