AZ   |   RU
Şəhid jurnalist Sirac Abışovun məzarı ziyarət olunub
 
Bu gün Sumqayıt Şəhidlər Xiyabanında şəhid jurnalist Sirac Abışovun doğum günü qeyd olunub. 

Missiya.Az xəbər verir ki, Sirac Abışovun doğum günü tədbiri onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarını ziyarətlə başlayıb.

Tədbirdə şəhidin ailə üzvləri, iş yoldaşları, ictimaiyyət nümayəndələri və başqaları iştirak edib. Ziyarətçilər şəhidin məzarına gül dəstələri və əklillər qoyub, ruhuna dualar oxuyublar.

Anım mərasimində şəhidin jurnalist fəaliyyəti ilə bağlı xatirələrindən danışıblar.

Qeyd edək ki, Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Leyla Səməndər
Missiya.Az




  • 29-08-2022, 12:02