AZ   |   RU
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1 030 nəfəri ötüb

Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press"ə istinadən xəbər verir. Belə ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1 033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.
Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib.


  • 28-08-2022, 23:38