AZ   |   RU
Ukraynada həlak olan soydaşımızın cənazəsi Azərbaycana yola salındı - Video
Ukraynada döyüşlərdə həlak olan soydaşımız Hüseynov Səid Vasif oğlunun nəşi bu gün Azərbaycana yola salınıb.

Hazırda Kiyevdə olan jurnalist İdrak Camalbəylinin Missiya.Az-a verdiyi məlumata görə, S.Hüseynov Nikolayev cəbhəsində həlak olub. O, müharibənin ilk günlərindən ordu sıralarına qoşulub.

Ukraynanın azadlığı uğrunda döyüşlərdə canını fəda edən 26 yaşlı soyadaşımızın nəşi əvvəlcə Nikolayevdən Kiyevə, orada isə həmyerlilərimizin iştirakı ilə Vətənə yola salınıb.

Allah rəhmət eləsin.

Missiya.Az

  • 27-08-2022, 20:26