AZ   |   RU
Mossad: İranla nüvə anlaşması İsrail üçün fəlakətdir

İsrail kəşfiyyat xidmətinin rəhbəri Amerikanın İranla  nüvə sazişi əldə etməyə tələsdiyi barədə xəbərdarlıq edib. 
 
Missiya.Az
İsrail mediasına istinadən xəbər verir ki,  Mossad-ın rəhbəri David Barnea keçirdiyi iclasda İran İslam Respublikası ilə dünya gücləri arasında nüvə razılaşmasını İsrail üçün strateji fəlakət adlandırıb. 
 
İsrail mediası avqustun 25-də Mossad rəhbərinin razılaşmanın "İsrail üçün çox pis olduğunu" və Amerikanın "nəhayət, yalana əsaslanan bir razılaşma əldə etməyə tələsdiyini" söylədiyini yazıb. 
 
Razılaşma baş tutacağı halda İranın nüvə proqramını inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirən David Barnea, bəyan edib ki, İsrail heç bir yeni razılaşma qarşısında öhdəlik götürməyəcək və ölkəsi ona qarşı təhlükəni zərərsizləşdirmək üçün lazım bildiyi kimi addım atacaq.

  • 27-08-2022, 18:21