“OPEC+” Monitorinq Komitəsinin videokonfrans formatında iclası başlayıb. İclasda son bir ayda neft bazarındakı vəziyyətin müzakirə olunması planlaşdırılır.
Missiya.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə alyansın nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.
Koronavirus pandemiyasının başlamasından sonra neftə tələbatda azalma müşahidə olunub. Bu səbəbdən, “OPEC+” 2020-ci ilin mayından etibarən sutkalıq neft hasilatını 9,7 milyon barel azaldıb.
Vəziyyət yaxşılaşdıqca hasilata qoyulmuş məhdudiyyətlərə dəyişikliklər edilib və bu ilin apreli üçün hasilatın ixtisarı sutkada 6,9 milyon barel təşkil edir.