AZ   |   RU
Sergey Şoyqu: "NATO müharibəyə hazırlaşır"

NATO-nun Avropadakı qüvvələri döyüşə hazırlaşır. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazir Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında danışıb.

O bildirib ki, NATO və ABŞ atdıqları addımlarla vəziyyəti daha da gərginləşdirir: “NATO hərbi qüvvələrinin arsenalını yeniləyir və müharibə təlimlərini artırır. ABŞ və NATO-nun hərbi ritorikası Donbasda atəşkəsin pozulmasına gətirib çıxarır”. 

Şoyqu Rusiyanın Qərb və Şərq hərbi birliklərinin keçirdiyi təlimlərin savaşa hazırlıq mesajı olduğunu deyib. 

Ötən həftə Krımı ziyarət edən Sergey Şoyqu Rusiya ordusunun Ukrayna sərhəddinə toplaşan qüvvələrinə öz daimi dislokasiya yerlərinə qayıtmaqla bağlı təlimat vermişdi. 


Qeyd edək ki, bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında gərginlik baş vermişdi. 

Elvin
Missiya.Az


  • 27-04-2021, 17:20