AZ   |   RU
Maqnus Karlsenin səhmlərinə sahib olduğu şirkət satılıb

Səhmlərinin 8,5%-i norveçli dünya çempionu Maqnus Karlsenə məxsus olan Play Magnus Group şahmat şirkəti satılıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Chess.com şahmat saytı onu 83 milyon avroya alıb.

Qeyd edək ki, Chess.com dünyada ən çox ziyarət edilən şahmat resursu sayılır. Play Magnus Group 2013-cü ildə eyni adlı şahmat proqramı ətrafında yaradılıb. Zaman keçdikcə şirkət populyarlıq qazanmağa başlayıb və diqqətini onlayn şahmata, oyunlara və elektron öyrənməyə yönəldib. Şirkət 2020-ci ildə fond birjasına çıxarılıb.


  • 25-08-2022, 20:30