“Böyük Britaniya Rusiyanın Ukrayna ərazisinin ilhaqını heç vaxt tanımayacaq”.
Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Krım platformasında çıxışı zamanı Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
Conson bildirib ki, Rusiya bu iyrənc müharibəni bitirənə və bütün Ukraynadan öz qüvvələrini çıxarana qədər Britaniya Kiyevə hərbi, humanitar, iqtisadi və diplomatik dəstək verməyə davam edəcək.
Britaniya lideri vurğulayıb ki, Putin Krıma etdiklərini bütün Ukraynada etməyi planlaşdırır. “O, daha çox ilhaqlar və saxta referendumlar hazırlayır”.
Baş nazir dünya liderlərini Vladimir Putinin Ukraynanın digər bölgələrində Krımın ilhaqını təkrarlamasına icazə verməməyə çağırıb.
Daşqın Həsənov
Missiya.Az