"Keçən il hiss edirdim ki VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi".
Missiya.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis 6 dəqiqə VAR-a görə oyunun dayandırılmasını təndiq edib: "Baş hakimə həmin epizoddan əvvəlki epizod göstərilmirdi.
Axı buna elm lazım deyil. Altı dəqiqə VAR-a görə dayanmaq olar? İki-üç saat oynayacağıq. 80-cı dəqiqədi, oyunun sonlarıdır.
6 dəqiqə fasilə verirsən, rəqib istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqyaıt" əks-hücuma çıxdı.
Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir".
Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: "Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm.
Amma VAR hakimi dedi ki, get bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar.
Oyunda bu qədər dayanmağa səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".