AZ   |   RU
Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup ukraynalı uşaq Bakıda reabilitasiya keçəcək
Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.

Missiya.Az xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.

Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib.

Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.


  • 21-08-2022, 22:02