“Qəbələ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.Missiya.Az xəbər verir ki, "qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.
Bu, Premyer Liqada 2006/2007 mövsümündə debüt edən əyalət təmsilçisinin tarixində ən yaxşı startdır. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.
Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.
“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, III turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub.
Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.