Xəzər dənizində bir nəfər batıb.Bu barədə
Missiya.Az-aFövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.