"Hesab bizi aldada bilər. Rəqib meydanda müqavimət göstərirdi".Missiya.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
42 yaşlı mütəxəssis ağır qarşılaşma olduğunu bildirib: "Biz daha yaxşı ola bilər.
Qarşıdakı matçlarda daha da məzmunlu çıxış edəcəyik. Mövsüm uzundur.
Hələlik avrokuboklar barədə düşünmürük.
Bu görüşü təhlil etdikdən sonrakı matça hazırlaşacağıq.
Hər oyun çətindir. Bu il daha yaxşı komanda görəcəyimizə inanırıq".