Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Missiya.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında baş verib.
Belə ki, “Chevrolet” markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dimitri qızı Barinovanı vurub.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.