AZ   |   RU
Xamneyi Rüşdiyə qarşı hücumu dəstəklədi
İranın ali dini lideri Əli Xamneyi məşhur britaniyalı yazıçı Salman Rüşdiyə qarşı hücumu dəstəkləyib.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, Xamneyinin mövqeyindən çıxış edən İranın “Kayhan” qəzeti Rüşdiyə hücum edəni tərifləyərək “onun əllərindən öpmək” lazım olduğunu yazıb. Material “Şeytan boynu qılınc altında” başlığı ilə dərc edilib.

Qeyd edək ki, Salman Rüşdi avqustun 13-də Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Mattar bıçaqlayıb.


  • 21-08-2022, 18:00