Cari İran ilinin 4 ayı (21 mart -22 iyul 2022) ərzində İranın xam polad istehsalı ötən ilin analoji ayı ilə müqayisədə 11% artımın olduğunu göstərir.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bu, İranın Polad İstehsalçıları Assosiasiyasının hesabatında qeyd olunub. Hesabata əsasən, 4 ayda İranda təxminən 10,6 milyon ton xam polad istehsal olunub. Halbuki ötən ilin analoji dövründə xam polad istehsalı 9,57 milyon ton təşkil edib.
Hesabatda bildirilir ki, 4 ayda İranda 7,42 milyon ton polad məhsulları istehsal olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% artımın olduğunu göstərir. Halbuki ötən ilin analoji dövründə 6,47 milyon ton polad məhsulları istehsal olunub.
Hesabatda qeyd olunur ki, 4 ayda İranda 12,5 milyon ton süngər dəmir istehsal olunub. Bu isə ötən ilin analoji ayı müqayisədə 19% artımın olduğunu göstərir. Belə ki, ötən ilin analoji ayında təxminən 10,6 milyon ton süngər dəmir istehsal edilib.