AZ   |   RU
Türkiyə və İsrail tam diplomatik münasibətlərə yenidən qayıtmaq qərarına gəliblər

Türkiyə və İsrail münasibətləri normallaşdırmaq qərarına gəliblər.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Yair Lapid məlumat yayıb.

Lapid bildirib ki, “İsrail və Türkiyə diplomatik münasibətlərdə tam normallaşmaya qayıdırlar, qarşılıqlı səfir təyin olunacaq”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, “bir-birimizə səfirlər təyin edirik. Təl-Əvivə səfir təyin etmək qərarına gəldik və adlar açıqlanacaq. Fələstinin hüquqlarını da müdafiə etməyə davam edəcəyik”.

İsrail baş nazirinin ofisi vurğulayıb ki, "Türkiyə ilə əlaqələrin yenilənməsi regionda sabitlik üçün mühüm amildir. Ötən il yaşanan müsbət hadisələrdən sonra İsrail və Türkiyə tam diplomatik münasibətlərə yenidən qayıtmaq qərarına gəliblər. Ölkələr arasında əlaqələr dərinləşəcək. İqtisadi, ticarət və turizm əlaqələri inkişaf etdiriləcək".

Məsələyə münasibət bildirən İsrail prezidenti İsaak Hersoq qeyd edib ki, "Türkiyə ilə tam diplomatik münasibətlərin bərpasını alqışlayıram. Şərqi Aralıq dənizində yaxşı tərəfdaşlıq və qonşuluq hamımız üçün vacibdir. Bütün dinlərin nümayəndələri sülh içində yaşaya bilər və yaşamalıdırlar".

Daşqın Həsənov
Missiya.Az



  • 17-08-2022, 16:14