AZ   |   RU
Türkiyənin sabiq Prezidenti Abdullah Gül koronavirusa yoluxub
Türkiyənin 11-ci Prezidenti Abdullah Gül koronavirusa yoluxub.

Bu barədə Missiya.Az Report-a istinadən xəbər verir.

Qeyd edilir ki, o, təcrid edilib və müalicəsini evində davam etdirir.

A.Gül COVID-19-u yüngül keçirir.

Qeyd edək ki, Türkiyə dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur.

Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb, koronavirusa yoluxmuş 15 875 121 insan sağalıb.

  • 13-08-2022, 19:27