AZ   |   RU
“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq. 

İstehsalat Birliyindən verilən məlumatda deyilir ki, bununla bağlı baş direktor Ruslan Əliyev tərəfindən İB-nin bütün müvafiq strukturlarına lazımi tapşırıqlar verilib.

Bildirilib ki, təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq:
“Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, Birliyin aidiyyəti strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər”.


  • 17-02-2021, 16:18