AZ   |   RU
Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

  • 30-07-2022, 21:49