AZ   |   RU
İran İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib

İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) İsveç vətəndaşını casusluq ittihamı ilə həbs edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, məlumatı “İran international” yayıb.

Adı açıqlanmayan həmin şəxs bir neçə dəfə İrana səfər edərək müxtəlif şəhərlərə, o cümlədən turizmə aidiyyəti olmayan ərazilərə gedib.

Nazirlik iyulun 30-da yaydığı məlumatda qeyd edib ki, İsveç vətəndaşı həmin səfərləri zamanı İranda nəzarət altında olan şübhəli avropalı və qeyri-avropalılarla görüşlər keçirib.

Qeyd edək ki, iyulun 14-də İsveç məhkəməsi İran əsilli keçmiş prokuror köməkçisi Həmid Nuri barəsində ömürlük həbs qərarı çıxarıb. İsveç vətəndaşının casuslu ittihamı ilə həbsi bu həbslə əlaqələndirilir.
İsveç polisi 60 yaşlı H.Nuri 2019-cu ilin noyabrında Arland hava limanında saxlayıb. O, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında 67 məhbusun edam olunmasına iştirakına görə mühakimə edilib.

H.Nuri İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyninin göstərişi ilə yaradılan 7 nəfərlik komitədə prokuror köməkçisi işləyib.

Xatırladaq ki, İranın indiki Prezidenti İbrahim Rəisi də “ölüm heyəti” adlanan komitənin 7 üzvündən biri olub.





  • 30-07-2022, 14:33