AZ   |   RU
Lavrov Blinkenə İstanbuldakı razılaşmaların təfərrüatları barədə məlumat verib

İyulun 29-da Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, xarici işlər nazirliklərinin rəhbərləri Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.
Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyətə ətraflı baxılıb.

Bildirilib ki, E.Blinkenə bu il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış sənədlərin təfərrüatları barədə məlumat verilib.

Eyni zamanda tərəflər ABŞ və Rusiyada həbsdə olan Rusiya və Amerika vətəndaşlarının mübadiləsi imkanlarını müzakirə ediblər.


  • 29-07-2022, 23:50