Ukrayna Baş Prokurorluğu Donetsk vilayətinin Olenivka kəndində ukraynalı məhbuslara hücumla bağlı araşdırmalara başlayıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, ukraynalı əsirlərin öldürülməsi ilə bağlı insident müharibə qanunlarının və adətlərinin pozulması kimi qiymətləndirilir.
“İstintaqın məlumatına görə, işğalçı dövlət 2022-ci il iyulun 29-da müvəqqəti işğal altında olan Donetsk vilayətinin Volnovaxski rayonunun Yelenovka kəndindəki 120 saylı islah koloniyasının ərazisinə zərbələr endirib. Nəticədə 50 nəfər həlak olub, 130 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd edək ki, bu koloniyada mülki şəxslər və Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirləri saxlanılıb.