ABŞ Rusiya ilə əlaqəli dörd təşkilata və iki rusiyalıya qarşı sanksiya tətbiq edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Siyahıya Natalya Burlinova və onunla əlaqəli “Yaradıcı Diplomatiya” İctimai Təşəbbüslərə Dəstək və İnkişaf Mərkəzi, həmçinin Aleksandr İonov və onunla əlaqəli Rusiyanın Qloballaşmaya Qarşı Hərəkatı, “İonov Transkontinental” MMC və "Stop" xəbər agentliyi daxildir.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, bu insanlar və təşkilatlar Ukraynada sabitliyi pozmaq cəhdlərində müxtəlif rollar oynayıblar.