AZ   |   RU
Gürcüstanda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

Gürcüstanın Qudauri kurortunda xilasetmə helikopteri qəzaya uğrayıb, hadisə nəticəsində helikopterin göyərtəsində olan 8 nəfər həlak olub.
Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib.

Onun sözlərinə görə, yamac paraşütü ilə uçan və qayalara çırpılan turist də bu gün dünyasını dəyişib. Qəzaya uğrayan paraplanın pilotu sağ qalıb, lakin xəsarətlər alıb.

Nazir ölən turistin əcnəbi olmasına aydınlıq gətirib. Gürcüstan vətəndaşı olan pilot xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xilasetmə helikopteri sözügedən paraplanın qəzaya uğrması ilə əlaqədar hadisə yerinə gedərkən qəzaya uğrayıb.


  • 29-07-2022, 22:03