Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 nəfərin yolu azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.