Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması olan “Neftçi” – “Aris” matçından əvvəl maraqlı addım atılıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, oyundan əvvəl hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxıb.
Belə ki, “Neftçi”nin yay düşərgəsində olan 25 şəhid övladı qazona ayaq basıb. “Neftçi”nin formasında olan azyaşlıların nömrələri simvolik olaraq “44” olub. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır.
Qeyd edək ki, saat 21:00-da başlamış matçda hələ ki hesab açılmayıb. “Neftçi”nin mərhələ adlaması üçün 3 top fərqi ilə Kipr klubuna qalib gəlməsi lazımdır.