İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.