AZ   |   RU
Doğum evi ölmüş körpənin qaçırılması iddialarına münasibət bildirib

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (6 saylı Doğum Evi) ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı iddialara aydınlıq gətirib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki,  doğum evindən verilən açıqlamaya görə, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub:

"Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb.
Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub.

Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub".

  • 27-07-2022, 19:20