Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icrası üçün İstanbulda ortaq koordinasiya mərkəzi yaradılıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.
F.Haq əlavə edib ki, Türkiyə hökuməti əməliyyatların birgə koordinasiyası üçün yer təmin edib.
Mühakimə koordinasiya mərkəzində bütün tərəflərin və BMT rəsmisinin fiziki iştirakı təmin olunub.
O bildirib ki, yaxın gələcəkdə mərkəzlə bağlı məlumat veriləcək.