"O qədər həyacanlıyam ki, yerə-göyə sığmıram".
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Ağalı kənd sakini Bəxtiyar Abdullayev deyib.
1976-cı ildə Ağalı kəndində doğulan B. Abdullayev bildirib ki, ermənilər kəndi işğal etdikdən sonra ailəsi ilə birlikdə Sumqayıta köçərək məktəb binasında məskunlaşıblar:
"Kəndimizin erməni terrorçuları tətəfindən işğal edildiyi günü heç vaxt unutmayacam, heç övladlarıma da unutdurmayacam. Erməniləri vəhşi kimi girdilər kəndə. Qabağlarına çıxan nə var idisə dağıdıb, sındırırdılar. Yer üzündə görülməyən, dünya hərb tarixində təsadüf edilməyən vəhşiliklər törədirlər. Biz əvvəllər Sumqayıt şəhər 2 - ci mikrorayon 3 saylı məktəbdə məskunlaşmışdıq. Ağalı kəndinin bərpa olunması xəbərini eşidən bir gündən bu günə kimi, səbrsizliklə gözləmişik. İndi çox şükür ki, doğma kəndimizə gəldik. İnanın sevincimin həddi yoxdur. Uzun ayrılıqdan sonra, kəndimizdə, öz doğma evimdə ilk gecənin, ilk yuxusunun həyəcanı məni bürüyüb. İnanın nə yaşadığımı hiss edirəm, nədə yaşamadığımı. O dərəcədə həyəcan hissi var məndə. Elə zənn edirəm ki, hələ də bu bir reallq yox, yuxudur."