AZ   |   RU
Yaponiyada vulkan püskürüb, şəhər əhalisi təxliyə edilə bilər

Yaponiyada Kyuşu adasında Sakuracima vulkanı püskürüb.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Tass xəbər agentliyi məlumat yayıb.

Qeyd edilir ki, kül və tüstü 2,5 km hündürlüyə qalxır.
Meteoroloqlar, xüsusilə kraterdən 3 km radiusda yerləşən Kaqoşima şəhərinin Arimura və Furusato rayonlarının ərazisinə iri vulkanik süxurların düşmə riski barədə xəbərdarlıq ediblər.

Şəhər üçün təhlükə səviyyəsi evakuasiyanı nəzərdə tutan maksimum beşinci səviyyəyə qaldırılıb.
Vulkandan 3 km məsafədə yerləşən və 11 nəfər əhalisi kənddə hazırda qismən evakuasiya işləri aparılır.

Qeyd edək ki, Sakuracima Yaponiyanın ən aktiv vulkanlarından biridir və dağda müntəzəm püskürmələr baş verir.





  • 24-07-2022, 21:28