AZ   |   RU
Badminton Federasiyasının hesabat xarakterli konfransı keçirilib

Bu gün Azərbaycan Badminton Federasiyasının son 6 ayda görülən işlərlə bağlı hesabat xarakterli konfransı keçirilib. 

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev media nümayəndələri ilə görüşdə son 6 ay ərzində görülən işlərlə bağlı məlumat verərək badmintonun ölkəmizdə inkişafı və kütləviliyi istiqamətində tədbirlər planını əks etdirən geniş təqdimatla çıxış edib.

Qısa müddət ərzində iki badminton zalının istifadəyə verildiyini bildirən Ramil Hacıyev badmintonun kütləviliyi istiqamətində həyata keçirilən "Suhttle Time" proqramının və açıq havada təşkil olunan "Airbadminton challenge" mater-klasslarının bu idman növünün ölkəmizdə geniş yayılmasına təkan verəcəyini qeyd edib. Bundan əlavə həvəskarlar arasında mütəmadi badminton turnirlərinin keçirilməsi, gələcəkdə liqanın yaradılması da gündəmdə olan məsələlərdəndir.

ABF-nin baş katibi parabadmintonun ölkəmizdə inkişafı istiqamətində də işlər görüldüyünü və bu sahədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sıx əməkdaşlıq edildiyini söyləyib.

Ramil Hacıyev 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) Bakıda keçiriləcək konqresini ölkə badmintonu üçün tarixi hadisə adlandırıb.
Hesabatdan sonra Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandomu imzalanıb.

  • 24-07-2022, 19:40