AZ   |   RU
Pakistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb

Pakistanda musson yağışlarının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 312-yə yüksəlib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 4100 evə ziyan dəyib. 706 baş iribuynuzlu heyvan tələf olub. 9 körpü və 4 yol su altında qalıb.

Pakistan Meteorologiya Departamenti yaxın günlərdə ölkədə daha çox yağış yağacağını proqnozlaşdırarkən, səlahiyyətlilər xalqı yeni daşqın ehtimalına hazır olmağa çağırıblar.


  • 24-07-2022, 17:07