AZ   |   RU
Qazaxıstan prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər 2 müqəddəs məscidin hamisi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əl Səudun dəvəti əsasında baş tutub.

Səfər çərçivəsində Tokayev Səudiyyə rəsmiləri və iş adamları ilə görüşlər keçirəcək.

  • 23-07-2022, 22:05