Türkiyədə film çəkilişləri zamanı qəza baş verib. Missiya.Az Sfera.Az-a istinadən
xəbər verir ki, Kilisdə "49" adlı filmin səhnəsi çəkilərkən meydançaya quraşdırılan partlayıcı vaxtından əvvəl partlayıb.
Bu zaman məşhur aktyor İsmayıl Hacıoğlu xəsarət alıb.
Partlayış nəticəsində aktyorun üzündə və bədənində yanıq yarası əmələ gəlib. Aktyora təcili tibbi yardım maşınında ilkin yardım göstərilib.
Qeyd edək ki, "49" filmi 2014-cü ildə Mosulu ələ keçirən İŞİD silahlılarının Türkiyənin Mosul Konsulluğunda 49 Türkiyə vətəndaşını girov götürdüyü prosesdən bəhs edir.