İranda sərhəddə böyük silah-sursat qaçaqmalçılığı edən dəstə zərərsizləşdirilib.
Missiya.Az APA-ya istinadən xəbər verie ki, İranın İlam əyalətinin sərhəd mühafizəsi komandanlığı Dehluran şəhəri sərhədlərində böyük silah-sursat qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirdiyini açıqlayıb.
Sərhədçilər ağıllı avadanlıqlardan istifadə etməklə, şəhərə daxil olmadan əvvəl silah-sursat qaçaqmalçılığı ilə məşğul olan dəstəni müşahidə edib və onları zərərləşdiriblər.
Qaçaqmalçılardan 32 ədəd “Kalaşnikov” silahı aşkar edilərək götürülüb.
Bir nəfər həbs edilib.