AZ   |   RU
Akar və Şoyqu “taxıl böhranı”nı müzakirə etdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İstanbulda Rusiyalı həmkarı Sergey Şoyqu ilə görüş keçirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlərin görüşü Kalendar iqamətgahında baş tutub.

Akar ilə Şoyqu bölgədə təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla, ikitərəfli və regional gündəmdəki məsələləri müzakirə ediblər.

Ukraynada atəşkəsin tezliklə təmin olunmasının vacibliyini vurğulayan Akar, Qara dəniz vasitəsilə taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasının təmin edilməsində göstərdiyi səylərə görə Şoyquya təşəkkür edib.

Daşqın Həsənov
Missiya.Az
 


  • 22-07-2022, 18:21