Ukraynanın bir sıra rəsmi şəxsləri, Rusiya ilə müharibədə fərqlənən komandirləri Azərbaycan jurnalistlərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.
Missiya.Az xəbər verir ki, Ukrayna Ali Radasının (parlament) Söz azadlığı məsələləri üzrə komitəsinin sədr müavini, deputat Yevgeniy Braqar Report-un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycanın bütün media nümayəndələrini, televiziya , radio və digər media orqanlarının işçilərini Milli mətbuat günü münasibətilə təbrik edib:
“148 il əvvəl Azərbaycanın ilk qəzeti çap olunub. Bu sizin ölkənin tarixində çox önəmli hadisədir. Bununla bərabər mən Ukraynaya göstərdiyiniz dəstəyə, Rusiya ilə bizim aramızda olan münaqişəyə göstərdiyiniz ədalətli mövqeyə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”.