AZ   |   RU
Rusiya Ukraynada S-300 və S-400 havadan müdafiə sistemlərinin raketlərindən istifadə etməyə başlayıb

Rusiya Ukraynada S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin raketlərindən istifadə etməyə başlayıb.
 
Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
 
Məlumatda bildirilib ki, buna səbəb Rusiyanın istifadə etdiyi raketlərinin sayının azalmasıdır. 
 
Kəşfiyyat məlumatında qeyd olunub ki, bu silahlar (S-300 və S-400) təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş nisbətən kiçik döyüş başlıqlarına malikdir. 
 
“Həmin raketlərin istifadəsi daha çox mülki əhalinin ölümünə səbəb ola bilər”. 

Daşqın Həsənov
Missiya.Az


  • 22-07-2022, 17:56