Ukraynada hərbi münaqişə həlledici, kritik mərhələdədir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin məlumat verib.
Nazir “Ramştayn” təmas qurupunun dördüncü iclasında Rusiyanın hərbi əməliyyatlarına qarşı kollektiv dəstəyin olmasının vacibliyinə toxunub.
Ostin bildirib ki, əlaqə qrupu Ukrayna müdafiəçilərinə uzunmüddətli dəstək vermək üçün innovativ yollar tapmağa davam edir.
Həmçinin Ukraynanın özünümüdafiə qabiliyyəti üçün müasir texnologiya, sursat və atəş gücünə malik olması üçün köməklik davam etdiriləcək.
“Bilirsiniz ki, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz çox aktualdır. Rusiya hər kəsdən daha çox yaşaya biləcəyini düşünür. Lakin bu, Rusiyanın səhv hesablamasıdır", - deyə ABŞ müdafiə naziri vurğulayıb.
Ostin həmçinin bildirib ki, Ukrayna üçün növbəti silah, sursat və avadanlıq paketi bu həftə veriləcək.