AZ   |   RU
Rişi Sunak və Liz Trass Britaniyada baş nazirlik uğrunda rəqabət aparacaq

Britaniyada baş nazirlik uğrunda rəqabət Rişi Sunak və Liz Trass arasında gedəcək.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Baş nazirlik uğrunda gedən səsvermənin növbəti mərhələsində Penni Mordaunt Mühafizəkarlar partiyası üzvlərindən 105 səs alaraq məğlub olub. Onun rəqibləri Liz Truss 113, Rişi Sunak isə 137 səs toplayıb.

Nəticələrə əsasən, baş nazirlik uğrunda yarış xarici işlər naziri Liz Truss və köhnə maliyyə naziri Rişi Sunak arasında aparılacaq.

Hər iki namizəd yay kampaniyası aparacaqlar və qalibin sentyabrın 5-də elan ediləcəyi gözlənilir


  • 20-07-2022, 19:40