AZ   |   RU
Azərbaycan həbsxanalarında vərəmlə bağlı durum açıqlanıb

Vərəmlə mübarizə sahəsində əldə olunan və beynəlxalq aləmdə təqdir olunan nailiyyətlər nəticəsində penitensiar müəssisələrdə vərəmdən ölüm və ona yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, BQXK ilə birgə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə ötən il penitensiar müəssisələrdə vərəmdən ölüm 140 dəfədən çox azalıb. 2010-cu ildə vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsindən sonrakı dövrdə də dövlətimizin siyasi iradəsi ilə bu sahədə islahatlar uğurla davam etdirilərək penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək göstəricilərə nail olunub.

Ölkəmizdə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 96 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 88 faiz müsbət nəticələr əldə olunub ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.


  • 20-07-2022, 18:03