Boris Conson bu gün parlamentdə sonuncu dəfə çıxış edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Boris Conson parlamentdə sonuncu dəfə çıxış edərək parlament üzvlərinin suallarını cavablandırıb.
O, gələcək Baş nazirə bir sıra məsləhətlər də verib.
“Diqqətinizi qarşıdakı yola yönəldin. Və hər şeydən əvvəl xatırlayın ki, vacib olan “
Twitter“ deyil. Bizi bura göndərən insanlardır”, - Boris Conson bildirib.
O qeyd edib ki, hələlik öz missiyasını böyük ölçüdə yerinə yetirib.
Boris Conson “Terminator” filmindən sitat gətirərək çıxışını “Hasta la vista, baby” deyərək bitirib.
Qeyd edək ki, Britaniya Baş Naziri hər çərşənbə günü Britaniya Parlamentinin İcmalar Palatasında parlament üzvlərinin suallarını cavablandırır.