AZ   |   RU
Azərbaycan hərbçiləri Qarabağda silah dolu erməni maşın kolonunu saxladı

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında silah daşınması cəhdinin qarşısı alınıb.  

Missiya.Az
haqqın.az-a istinadən xəbər verir ki, saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvan yoxlama üçün dayandırılıb. 

Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib. Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.

  • 20-07-2022, 17:25