“Azərbaycan və Avropa İttifaqı (Aİ) əlaqələri güclü, hərtərəfli tərəfdaşlıq istiqamətində inkişafını davam etmək niyyətindədir”.Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Aİ ilə Azərbaycan arasında münasibətləri güclü və hərtərəfli tərəfdaşlığa çevirmək üçün ümumi məqsədlərə əsaslanan müzakirələr apardıq. Biz iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yollarını araşdırdıq.
COVID-19 pandemiyasının iqtisadi təsirlərinə baxmayaraq, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Aİ həm də ölkəmizdə ən böyük investordur”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.