AZ   |   RU
Ərdoğan İsveç və Finlandiyaya xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyilə ölkənin Nazirlər Kabinetinin iclası keçirilib.

Missiya.Az
xəbər verir ki, toplantıdan sonra dövlət başçısı mətbuata açıqlamlar verib.

O, NATO-nun Madrid Sammitində təşkilata üzv olmaq üçün İsveç və Finlandiya ilə Türkiyə arasında əldə olunan razılaşmaları xatırladaraq bu ölkələrə xəbərdarlıq edib.

“Bir daha xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımlar atmasalar, biz prosesi donduracağıq”, - deyə Ərdoğan bəyan edib.

O, İsveçin bu məsələdə heç də yaxşı bir mövqe nümayiş etdirmədiyi deyib.

“Türkiyə olaraq bu məsələdə mövqeyimiz çox aydındır. Qalanını özləri bilərlər”, - Türkiyə prezidenti qeyd edib

  • 18-07-2022, 19:06